...

Bakıda özünü dənizə atan şəxs xilas edilib

Hadisə Materials 15 Aprel 2021 23:15 (UTC +04:00)
Bakıda özünü dənizə atan şəxs xilas edilib

Bakı. Trend:

Bakının Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkda bir nəfər özünü dənizə ataraq intihar etməyə cəhd edib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkda 1 nəfərin özünü dənizə atması barədə məlumat daxil olub.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən vətəndaş xilas edərək aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti