...

Yasamal rayonunda baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 21 Aprel 2021 23:57 (UTC +04:00)

Bakı. Trend:

Bakı şəhəri, Yasamal rayonu, İbrahim Əbilov küçəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə Trend FHN-ə istinadən xəbər verir.

XXX

23:02

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, İbrahim Əbilov küçəsində sökülməkdə olan fərdi yaşayış evlərində yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti