...

Ağacların kəsilməsi ilə bağlı şikayət araşdırılıb, təbiətə 6 600 manat ziyan vurulub

Hadisə Materials 28 Aprel 2021 15:41 (UTC +04:00)
Ağacların kəsilməsi ilə bağlı şikayət araşdırılıb, təbiətə 6 600 manat ziyan vurulub

Bakı. Trend:

Qax rayonunun Zəyəm kəndindəki qəbiristanlığın ərazisində ağacların kəsilməsil ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, əraziyə keçirilən baxış zamanı fakt təsdiqini tapıb, Qax rayonu Zəyəm bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində 3 ağacın kəsildiyi və təbiətə 6 600 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Qax rayon Prokurorluğuna göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti