...

Yasamalda gəncin intihar etməsi faktı ilə bağlı araşdırma aparılır

Hadisə Materials 14 May 2021 15:06 (UTC +04:00)
Yasamalda gəncin intihar etməsi faktı ilə bağlı araşdırma aparılır

Bakı. Trend:

Paytaxtın Yasamal rayonu ərazisində gəncin intihar etməsi faktı ilə bağlı araşdırma aparılır.

Bu barədə Trend-in sorğusuna əsasən, Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 1995-ci il təvəllüdlü Əhədzadə Mirvəfayıl Məhərrəm oğlunun yaşadığı binanın 17-ci mərtəbəsindən özünü yerə ataraq intihar etməsi ilə bağlı Yasamal rayon prokurorluğuna daxil olan məlumat əsasında hadisə yerinə və meyitə baxış keçirilib.

Araşdırma üzrə məhkəmə tibb ekspertizası təyin edilib, o cümlədən, digər zəruri prosesual tədbirlər həyata keçirilib.

Hazırda Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti