...

Sumqayıtda evə silahlı basqın edilib

Hadisə Materials 15 İyun 2021 12:43 (UTC +04:00)
Sumqayıtda evə silahlı basqın edilib

Bakı. Samir Əli - Trend:

Sumqayıtda evə silahlı basqın edilib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinə iyunun 12-də saat 5 radələrində “Yaşıl dərə” bağlar sahəsindəki evlərdən birinə girmiş 4 nəfərin ev sahibəsinə bıçaqla qol nahiyəsinə xəsarət yetirib 831 manat pulunu və mobil telefonunu talamaları barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ə.Quliyev və B.İslamzadə müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti