...

Siyəzəndə 70 hektardan çox ərazidə baş verən yanğın söndürülüb

Hadisə Materials 18 İyun 2021 01:49 (UTC +04:00)
Siyəzəndə 70 hektardan çox ərazidə baş verən yanğın söndürülüb

Bakı. Trend:

Siyəzən rayonunun Məşrif, Sədan, Balaca Həmyə və Qalaaltı kəndlərinin yaxınlığında (ərazinin bir hissəsi mürəkkəb quruluşlu dağlıq relyefə malikdir) baş verən yanğınlar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Şimal Regional Mərkəzinin müvafiq qüvvələri tərəfindən söndürülüb.

FHN-dən Trend-ə verilən məlumata görə, ilkin məlumata əsasən, Məşrif kəndində bələdiyyəyə məxsus ərazidə 20 ha biçilməmiş, 5 ha biçilmiş taxıl sahəsi və dağlıq ərazidə 45 ha sahədə kol-kos yanıb. Digər ərazilərdə ümumilikdə, təqribən 10 ha sahədə quru ot və kol-kos yanıb.

Yaxınlıqdakı meşə ərazisi, əkin sahələri və infrastrukturlar yanğından mühafizə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti