...

Misirdə qatar avtobusla toqquşub, ölənlər var

Hadisə Materials 22 İyun 2021 00:28 (UTC +04:00)
Misirdə qatar avtobusla toqquşub, ölənlər var

Bakı. Trend:

Misirin paytaxtı Kair yaxınlığında yük qatarı ilə sərnişin avtobusu toqquşublar.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə "El Watan" informasiya portalı məlumat verib.

Qəza nəticəsində ən azı dörd nəfər ölüb, daha 26 nəfər yaralanıb.

Nəqliyyat naziri Kamel əl-Vəzir yerli tekstil fabrikinin işçiləri olan avtobusun yük daşımaları üçün nəzərdə tutulan dəmiryolları boyunca hərəkət etdiyini və kömür daşıyan qatarla toqquşduğunu bildirib. Hadisə ilə bağlı xüsusi komissiya istintq aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti