...

Cəlilabad sakinindən tapança götürülüb

Hadisə Materials 23 İyun 2021 11:38 (UTC +04:00)
Cəlilabad sakinindən tapança götürülüb

Bakı. Samir Əli - Trend:

Cəlilabad sakininin üzərindən tapança aşkarlanıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbiri nəticəsində üzərində qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli bilinən Cəlilabad rayon sakini H.Eyvazov saxlanılıb.

Ondan üzərində “Pistole Model 27 Kal – 7.65” yazılmış 1 ədəd tapança, içərisində 8 ədəd patron olan həmin tapançaya aid sandıqça aşkar olunaraq götürülüb.

Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti