...

Bakıda küçədə vətəndaşı döyüb öldürənlər tutulub

Hadisə Materials 25 İyun 2021 12:49 (UTC +04:00)
Bakıda küçədə vətəndaşı döyüb öldürənlər tutulub

Bakı. Samir Əli - Trend:

Bakıda küçədə vətəndaşı döyüb öldürən sürücü və sərnişinləri tutulub.

Trend- in məlumatına görə, Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə iyunun 24-də saat 19 radələrində A.M.Cümə küçəsində “Chevrolet” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini K.Məmmədovun, sərnişinləri N.Canıyev və M.Abıyevin xuliqanlıq zəminində Səxavət Məmmədovu döymələri nəticəsində onun hadisə yerində ölməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən K.Məmmədov, N.Canıyev və M.Abıyev saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti