...

Binədə sexdə baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB) (FOTO/VİDEO)

Hadisə Materials 28 İyun 2021 16:13 (UTC +04:00)
Binədə sexdə baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB) (FOTO/VİDEO)

Bakı. Trend:

Binədə nəm salfetkaların istehsalı sexində baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən xəbərə görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri dərhal yanğının baş verdiyi ünvana cəlb olunub.

Görülmüş operativ tədbirlərlə yanğın daha da genişlənməsinin qarşısı alınaraq söndürülüb.

xxx

14:16

Binə qəsəbəsində nəm salfetkaların istehsalı sexində yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində nəm salfetkaların istehsalı sexində yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti