...

Kürdən naməlum kişi meyiti çıxarılıb

Hadisə Materials 10 İyul 2021 09:47 (UTC +04:00)
Kürdən naməlum kişi meyiti çıxarılıb

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kür çayının Salyan rayonundan keçən hissəsində aşkarlanan naməlum kişi meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu əraziyə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində meyit çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti