Bakı. Samir Əli - Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində casusluqda ittiham olunan ermənilər - Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Trend-in məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra təqsirləndirilən şəxslərə hüquqları izah edilib. Bildirilib ki, təqsirləndirilən şəxslər dövlət hesabına vəkil və tərcüməçi ilə təmin edilib.
Məhkəmə baxışı iyulun 26-a təyin edilib.
Qeyd edək ki, Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviç Azərbaycan Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə ittiham olunurlar.