Bakıda 4 otaqlı ev yanıb

Hadisə Xəbər 15 İyul 2021 00:07 (UTC +04:00)

Bakı. Trend:

Bakıda evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, paytaxtın Xətai rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları, yaxınlıqda ümumi sahəsi 100 m² olan evin dam örtüyünün yanar konstruksiyaları 2 m² sahədə və oradan keçən 2 p.m elektrik naqilləri yanıb.

Yaxınlıqda olan digər evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti