Bakı. Trend:
Bakı şəhərinin Yasamal rayonunda "Chevrolet" markalı minik avtomobilinin mühərrik hissəsi, Cəlilabad rayonunda "Qazel" markalı yük avtomobilinin mühərrik hissəsi və kabinası yanıb.
Trend-in Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, avtomobillərin qalan hissələri və ətrafda dayanan digər avtomobillər yanğından mühafizə olunub.
Yanğınlar yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.