...

Salyanda karantin qaydalarını pozan məclis aşkarlandı (FOTO)

Hadisə Materials 21 İyul 2021 10:59 (UTC +04:00)
Salyanda karantin qaydalarını pozan məclis aşkarlandı (FOTO)

Bakı. Samir Əli - Trend:

Salyanda karantin qaydalarına zidd məclis aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində rayonun Qarabağlı kənd sakini Kamran Cavadovun fərdi yaşayış evinin həyətində mövcud qaydaları pozaraq 88 nəfərin iştirakı ilə məclis keçirdiyi müəyyən olunub.

Aşkarlanan qayda pozuntusu ilə bağlı ev sahibi və məclisdə iştirak edən şəxslər barəsində qanunamüvafiq tədbir görülüb

Xəbər lenti

Xəbər lenti