...

Sumqayıt sakini Biləsuvarda "patı" və heroinlə tutulub

Hadisə Materials 2 Avqust 2021 17:09 (UTC +04:00)
Sumqayıt sakini Biləsuvarda "patı" və heroinlə tutulub

Bakı. Trend:

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakinləri əvvəllər məhkum olunmuş M.Səfərov tanışı E.Qurbanovun idarə etdiyi avtomobildə saxlanılaraq Polis Şöbəsinə gətirilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilən baxış zamanı M.Səfərovun üzərindən 51 qramdan artıq heroin və 40 qrama yaxın metamfetamin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti