...

FHN Ağsudakı yanğınlarla bağlı məlumat yayıb

Hadisə Materials 5 Avqust 2021 12:36 (UTC +04:00)
FHN Ağsudakı yanğınlarla bağlı məlumat yayıb

Bakı. Trend6

Ağsu rayonu, Gəgəli kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub.

Hal-hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

İlkin məlumata əsasən, təxminən 15 ha sahədə quru ot və kol-kos yanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti