...

Oğuzda dağlıq ərazidə yanğın başlayıb

Hadisə Materials 11 Avqust 2021 18:22 (UTC +04:00)
Oğuzda dağlıq ərazidə yanğın başlayıb

Bakı. Trend:

Oğuzda dağlıq ərazidə yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən xəbərə görə, nazirliyin"112" qaynar telefon xəttinə, Oğuz rayonu, Xaçmaz kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti