...

Ağdaş sakinindən metamfetamin götürülüb

Hadisə Materials 21 Avqust 2021 17:29 (UTC +04:00)
Ağdaş sakinindən metamfetamin götürülüb

Bakı. Trend:

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilən əməliyyat zamanı Ağdaş şəhər sakini Elmin Xəlilzadə saxlanılıb. Üzərinə keçirilən baxış zamanı ondan psixotrop maddə olan metamfetamin (“patı”) aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti