...

Hacıqabulda aşan "Kamaz"dan 1 nəfər xilas edilib (VİDEO)

Hadisə Materials 8 Sentyabr 2021 11:54 (UTC +04:00)
Hacıqabulda aşan "Kamaz"dan 1 nəfər xilas edilib (VİDEO)

Bakı. Samir Əli - Trend:

Hacıqabul rayonunun Qarasu kəndində “Kamaz” və “Mercedes” markalı iki yük avtomobilinin toqquşması faktı üzrə həyata keçirilən qəza-xilasetmə əməliyyatı zamanı avtomobildə sıxılı vəziyyətdə qalan 1 nəfər xilas olunub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 54 yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma və 1 nəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 4-ü azyaşlı olmaqla 8 nəfər, eyni zamanda yanğın zamanı tüstülənən mənzillərdən 12 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti