...

Gədəbəydə karantin rejimini pozan çay evi aşkarlanıb

Hadisə Materials 15 Sentyabr 2021 18:37 (UTC +04:00)
Gədəbəydə karantin rejimini pozan çay evi aşkarlanıb

Bakı. Trend:

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gədəbəy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tədbirləri davam etdirir.

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Trend-ə verilən məlumata görə, polis əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Slavyanka kəndi ərazisində gecə saatlarında gizli şəkildə fəaliyyət göstərən çay evi aşkarlayıb. Obyekt sahibi Elşən Əliyev və müştərilər saxlanılaraq RPŞ-yə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti