...

Ağdaşda 1 tona yaxın çətənə kolu məhv edilib (FOTO)

Hadisə Materials 20 Sentyabr 2021 09:50 (UTC +04:00)
Ağdaşda 1 tona yaxın çətənə kolu məhv edilib (FOTO)

Bakı. Fərid Zöhrabov - Trend:

Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaş-xaş 2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, tədbir zamanı rayonun Yuxarı Ləki kəndi ərazisində ümumi çəkisi 880 kiloqram olan 430 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti