...

Narkotik alan və satan şəxslər saxlanılıb (FOTO)

Hadisə Materials 22 Sentyabr 2021 10:39 (UTC +04:00)
Narkotik alan və satan şəxslər saxlanılıb (FOTO)

Bakı. Fərid Zöhrabov - Trend:

Tovuzda narkotik alan və satan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, Kənan Hümbətov və Azər Seyidov saxlanılaraq polis şöbəsinə gətirilib. Onların üzərinə baxış keçirilən zaman K. Hümbətovdan narkotik maddə olan metamfetamin və qurudulmuş marixuana, A. Seyidovdan isə heroin aşkar edilərək götürülüb. Saxlanılan şəxslərin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində həmin şəxslərə narkotik maddəni satan şəxsin kimliyi bəlli olub. Belə ki, şübhəli şəxslər ifadələrində narkotik maddəni Samir adlı şəxsdən alıqlarını bildiriblər. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Samir Hacıyev saxlanılıb. Üzərindən narkotik maddə heroin aşkar edilən S. Hacıyevin yaşadığı fərdi yaşayış evindən isə 9 ədəd müxəlif bükümlərdə metamfetamin, 10 ədəd müxtəlif bükümlərdə heroin, metadon həbləri və tiryək aşkar edilərək götürülüb.

Bundan başqa RPŞ əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində qanunszu olaraq satış məqsədi ilə narkotik maddə əldə edib saxlmaqda şübühəli bilinən rayon sakini Rəşid Abuzərov saxlanılıb. Üzərindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilən R. Abuzərovun və yaşadığı evədən isə müxtəlif bükümlərdə və kibrit qutularında olan narkotik vasitə olan qurudulmuş marixuana, 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi, 2 ədəd həmin tüfəngə aid patron, 27 ədəd güllə başlığı, 6 ədəd pnevmatik silaha aid patron, 1 ədəd 5.45 mm-li avtomat patronu və 1 ədəd bıçaq aşkar edilərək götürlüb

Saxlanılan şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti