...

Bakıda evdən qadın meyiti tapılıb

Hadisə Materials 27 Sentyabr 2021 19:11 (UTC +04:00)
Bakıda evdən qadın meyiti tapılıb

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1953-cü il təvəllüdlü Kupriyanova Nina Yevgenyevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti