...

İspaniyada öküz yarışlarında bir nəfər həlak olub

Hadisə Materials 1 Noyabr 2021 08:35 (UTC +04:00)
İspaniyada öküz yarışlarında bir nəfər həlak olub

Bakı. Trend:

İspaniyanın şərqində Onda şəhərində öküz yarışları zamanı bir nəfər həlak olub.

Trend xəbər verir ki, bu barədə yerli administrasiya məlumat yayıb.

Bildirilir ki, 55 yaşlı kişi öküzün vurduğu xəsarətlər nəticəsində ölüb. Hadisədən sonra yarış dayandırılıb.

Bu, COVID-19 məhdudiyyətlərinin yumşaldılmasından sonra İspaniyada bərpa olunan ənənəvi yarışlarda ilk ölüm hadisəsidir. Son yeddi il ərzində yarışlar zamanı 17 nəfər həyatını itirib. Ən çox ölüm hadisəsi 2015-ci ildə qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti