...

Ötən gün toyda karantini pozduğuna görə 1 nəfər həbs edilib, 8 nəfər cərimələnib

Hadisə Materials 5 Noyabr 2021 11:57 (UTC +04:00)
Ötən gün toyda karantini pozduğuna görə 1 nəfər həbs edilib, 8 nəfər cərimələnib

Bakı. Samir Əli - Trend:

Noyabrın 4-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 55 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, monitorinq 49 şadlıq sarayında, 6 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 8 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub.

1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib, 255 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti