...

Türkiyədə zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar var (YENİLƏNİB)

Hadisə Materials 9 Noyabr 2021 02:25 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin Konya vilayətinin Meram bölgəsində 5,1 bal gücündə zəlzələ baş verməsi nəticəsində xəsarət alanların sayı ikiyə çatıb.

Trend yerli KİV-lərə istinadən xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) bildirib ki, 1 saat ərzində 9 yeraltı təkan qeydə alınıb. Bunun nəticəsində azı 5 ev dağıntıya məruz qalıb.

XXX

23:04

Türkiyənin Konya vilayətinin Meram bölgəsində 5,1 bal gücündə zəlzələ qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanların yerli vaxtla saat 20:43-də baş veribı. Təkanların ocağının dərinliyi 10,61 kilometr təşkil edib.

Dağıntı və xəsarət alanlarla bağlı məlumat yoxdur. Ətraf bölgələrdə də hiss edilən yeraltı təkanlar əhali arasında təşvişə səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti