...

"Blue Origin" şirkətinin raketi ilə orbitə çıxan turist təyyarə qəzasında ölüb

Hadisə Materials 13 Noyabr 2021 05:48 (UTC +04:00)

Bakı. Trend:

Oktyabr ayında "Blue Origin" özəl aerokosmik şirkətinin "New Shepard" raketində orbital uçuşa çıxan turist heyətinin üzvü, Fransanın "Dassault Systemes" şirkətinin vitse-prezidenti Qlen de Vri təyyarə qəzasında həlak olub.

Trend-in məlumatına görə, bu barədə "Blue Origin" şirkətinin "Twitter" səhifəsində bildirilib.

Paylaşımda bildirilib: " Qlen de Vriin gözlənilməz ölümü bizi sarsıtdı. O, şirkətin işinə və uçuş yoldaşlarına enerjili həyat gətirib".

ABŞ-ın Mülki Aviasiya Federal İdarəsinin verdiyi məlumatına əsasən, Qlen de Vri tərəfindən idarə olunan "Cessna-172" təyyarəsi Esseks dairəsi hava limanından "Sasseks" dairəsi hava limanına gedirdi. Məlum olub ki, təyyarə Nyu Cersi ştatında Kema gölü yaxınlığında meşəlik ərazidə qəzaya uğrayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti