...

Sursat partlayışı nəticəsində Rusiya maliyyə nazirliyinin keçmiş yüksək vəzifəlisi həyatını itirib

Hadisə Materials 17 Noyabr 2021 05:06 (UTC +04:00)

Bakı. Trend:

Rusiyanın Volqoqrad şəhərində fərdi evdə hərbi sursat partlaması nəticəsində Maliyyə nazirinin keçmiş köməkçisi Mixail Korobkin dünyasını dəyişib.

Trend xəbər verir ki, keçmiş məmurun silah kolleksiyası olub. Məlumata görə, o sursatı kəsmək itrəyərkən partlayış baş verib. Onun evindən Böyük Vətən Müharibəsi dövrü silahları üçün patronlar və barıt tapılıb.

Qeyd edək ki, Mixail Korobkin 2019-cu ilə qədər Rusiyta Maliyyə naziri Anton Siluanovun köməkçisi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti