...

Şabranda 55 yaşlı kişi itkin düşüb (FOTO)

Hadisə Materials 22 Noyabr 2021 14:49 (UTC +04:00)
Şabranda 55 yaşlı kişi itkin düşüb (FOTO)

Bakı. Trend:

Şabran rayon sakini, 1966-cı il təvəllüdlü Gülağa Əskərov oktyabr ayının 20-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, G.Əskərov 155 sm boylu, arıq bədən quruluşlu və psixi qüsurludur.

Evdən çıxarkən onun əynində qara köynək, qara şalvar olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin (050) 403-70-43 və (070) 233-27-23 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti