...

Xaçmazda karantin qaydalarını pozan çay evi aşkarlandı: 6 nəfər saxlanıldı (FOTO)

Hadisə Materials 17 Dekabr 2021 16:29 (UTC +04:00)
Xaçmazda karantin qaydalarını pozan çay evi aşkarlandı: 6 nəfər saxlanıldı (FOTO)

Bakı. Trend:

Xaçmazda karantin rejimi qaydalarına zidd olaraq, müəyyən edilmiş vaxtdan sonra fəaliyyət göstərən iaşə obyekti aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində, çay evinin xüsusi karantin rejimi qaydalarını pozaraq müəyyən olunmuş vaxtdan sonra fəaliyyət göstərməsi aşkar edilib.

Ümumilikdə 6 nəfər saxlanılaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti