...

Bakıda evdə yanğın olub, xəsarət alan var

Hadisə Materials 25 Dekabr 2021 15:49 (UTC +04:00)
Bakıda evdə yanğın olub, xəsarət alan var

Bakı. Trend:

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli evin ikinci mərtəbəsinin yanar konstruksiyaları 40 m² sahədə və dam örtüyü 10 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti