...

Oğurladığı məişət əşyalarını satıb, əldə etdiyi pulu əyləncəsinə xərcləyən şəxs saxlanılıb

Hadisə Materials 11 Yanvar 2022 11:10 (UTC +04:00)
Oğurladığı məişət əşyalarını satıb, əldə etdiyi pulu əyləncəsinə xərcləyən şəxs saxlanılıb

Bakı. Fərid Zöhrabov - Trend:

Ağsu Rayon Polis Şöbəsinə müraciət edən zərərçəkmiş şəxs Qaraqaşlı kəndində kirayə yaşadığı evdən satmaq məqsədilə saxladığı, ümumi dəyəri 11000 manatdan artıq olan müxtəlif məişət əşyalarının oğurlandığını bildirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş müraciət əsasında həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş Qaraqaşlı kənd sakini Şükran Quliyev saxlanılıb. O, ifadəsində əməlini etiraf edib və oğurladıqlarını müxtəlif şəxslərə satdığını, əldə etdiyi pulu isə öz əyləncəsinə xərclədiyini bildirib.

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, Ş.Quliyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti