...

Ər-Riyad Ticarət Mərkəzindəki yanğın söndürülüb (FOTO)(ƏLAVƏ OLUNUB)

Hadisə 14 Yanvar 2022 01:08 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Abşeron rayonunda Ər-Riyad Ticarət Mərkəzində baş verən yanğın söndürülüb.

Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə nəticəsində mağazalardan biri yanıb.

Fövqəladə Hallar Naizrliyinin yanğınsöndürmə briqadalarının səyi nəticəsində yanğının ətraf obyektlərə keçməsinin qarşısı alınıb və mağazadakı yanğın söndürülüb.

***

00:46

Abşeron rayonunda ticarət mərkəzində yanğın başlayıb.

Trend-in məlumatına görə, hadisə rayon ərazisindəki Ər-Riyad Ticarət Mərkəzində baş verib.

Ticarət mərkəzində dükanlardan birində başlanan qəfil yanğın güclənib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib. Yanğının qarşısını almaq üçün tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti