...

Ötən gün 34 yanğına çıxış olub, 1 nəfər xilas edilib (VİDEO)

Hadisə 14 Yanvar 2022 10:53 (UTC +04:00)
Ötən gün 34 yanğına çıxış olub, 1 nəfər xilas edilib (VİDEO)

Trend-i buradan izləyin

Bakı. Fərid Zöhrabov - Trend:

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Trend xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 34 yanğına çıxış və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insan həyatının xilas olunması təmin edilib.

FHN-in qüvvələri tərəfindən Qusar rayonunda “LADA” markalı minik avtomobilinin yol kənarındakı maneəyə çırpılması nəticəsində deformasiyaya uğrayan avtonəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 1 nəfər çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti