...

Türkiyədə sərnişin avtobusu yük maşınına çırpılaraq aşıb, ölən və yaralılar var (ƏLAVƏ OLUNUB)

Hadisə 16 Yanvar 2022 14:22 (UTC +04:00)
Türkiyədə sərnişin avtobusu yük maşınına çırpılaraq aşıb, ölən və yaralılar var (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Türkiyənin Sivas şəhəri yaxınlığında sərnişin avtobusunun yük avtomobiliylə toqquşması nəticəsində 1 nəfər ölüb, 27 nəfər yaralanıb.

Trend yerli KİV-lərə istinadən xəbər verir ki, ölən şəxs avtobusun sərnişini olan 44 yaşlı kişidir. Xəsarət alanlar Koyulhisar, Suşehri və Sivasdakı xəstəxanalara yerləşdirilib.

Daha əvvəl qəza səbəbiylə bağlı qalmış Sivas-Ərzincan və Sivas-Tokat avtomobil yolu nəqliyyatın hərəkəti üçün açılıb.

***

10:44

Türkiyənin Sivas şəhəri yaxınlığında sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Trend yerli KİV-lərər istinadən xəbər verir ki, hadisə Köyulhisar məhəlləsi adlanan ərazidə baş verib.

Hadisəyə səbəb güclü qar və yolun buz bağlaması olduğu bildirilir. Belə ki, yük avtomobili sürücüsü idarəetməni itirərək qarşı istiqamətdə yola çıxaraq aşıb. Digər istiqamətdən gələn avtobus isə aşmış yük avtomobilinə çırpılıb.

Nəticədə 4 ağır olmaqla, 15 nəfər yaralanıb. Hadisə yerinə xilasedicilər, polis və təcili tibbi yardım əməkdaşları xəlb olunub.

Qəza səbəbindən Sivas-Ərzincan və Sivas-Tokat avtomobil yolunun bir hissəsi bağlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti