...

Ağcabədidə bədbəxt hadisə: 29 yaşlı gənc öldü (VİDEO)

Hadisə Materials 4 Fevral 2022 15:48 (UTC +04:00)
Ağcabədidə bədbəxt hadisə: 29 yaşlı gənc öldü (VİDEO)

Ağcabədi. Aslan Məmmədli -Trend:

Ağcabədi rayonunda bədbəxt hadisə baş verib.

Trend-in yerli bürosunun məlumatına görə, tikintidə işləyən fəhlə yıxılaraq ölüb.

Hadisə Ağcabədi rayonunun Qarabağ küçəsində qeydə alınıb. Rayonun Şahsevər kənd sakini 1993-cü il təvəllüdlü Hüseynov Qiyas Arif oğlu tikinti işləri aparan zaman yıxılaraq mişar daşlarının altında qalıb. 29 yaşlı gənc hadisə yerində ölüb.

Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti