...

Bakıda qadın özünü metro qatarının altına atdı

Hadisə Materials 8 Fevral 2022 22:31 (UTC +04:00)
Bakıda qadın özünü metro qatarının altına atdı

Bakı. Samir Əli - Trend:

Bakıda metroda hadisə baş verib.

Trend-in məlumatına görə, hadisə "Azadlıq prospekti" metrostansiyasında, Dərnəgül-Həzi Aslanov xətti üzrə hərəkət edən qatar yolunda baş verib.

Axşam saat 21:54 radələrində stansiyada olan sərnişinlər arasında orta yaşlı bir qadın qatar yoluna düşüb.

Hadisə qatar stansiyaya daxil olarkən baş verib. Dərhal maşinistə məlumat verilib, 21:55-də qatar relsində gərginlik dayandırılıb. Qadın qatar yolundan çıxarılandan sonra, saat 22:05-də gərginlik bərpa olunub və qatarların hərəkəti bərpa edilib.

İlkin ehtimalla qadının intihara cəhd etdiyi bildirilir.

Faktı Trend-ə Bakı metropoliteninin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov təsdiqləyib. O bildirib ki, hazırda hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti