Bakı. Samir Əli - Trend:
Bakıda 30 yaşlı kişi qətlə yetirilib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə fevralın 13-də saat 2 radələrində Biləcəri qəsəbəsi ərazisində Sabirabad rayon sakini 30 yaşlı Eynulla İbadovun baş nahiyəsinə küt alətlə xəsarət yetirilməsi və xəstəxanaya aparılarkən yolda ölməsi barədə daxil olmuş məlumatla əlaqədar müvafiq tədbirlər həyata keçirilib.
İstintaq-əməliyyat tədbirləri nəticəsində bu əməlin münaqişə zəminində Biləcəri qəsəbə sakini Y.Quliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.