Bakı. Trend:
Gəncə şəhərinin Kəpəz rayonunda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Ruzigar Qasımov küçəsində birmərtəbəli fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub.
Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.