Bakı. Samir Əli - Trend:
Şəmkir sakini əmisi qızını qətlə yetirib.
Şəmkir Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, fevralın 27-si saat 11 radələrində 1998-ci il təvəllüdlü Aytac Piriyevanın aldığı xəsarətlərdən ölməsi barədə Şəmkir rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış ilkin araşdırmalarla Şəmkir rayonu İrmaşlı kənd ərazisində zərərçəkmişin əmisi oğlu 1998-ci il təvəllüdlü Piri Piriyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Aytac Piriyevaya bıcaq xəsarəti yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Piri Piriyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.