...

Qubadlıda traktor aşıb, bir nəfər ölüb

Hadisə Materials 10 Mart 2022 12:22 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Qubadlı rayonunda ölümlə nəticələnən qəza baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun işğaldan azad edilən Xanlıq kəndi ərazisində baş verib. Kənd ərazisində Elnur Qurbanovun idarə etdiyi traktor hərəkətdə olarkən aşıb.

Hadisə nəticəsində nəqliyyat vasitəsinin qoşqusunda olan Rasim Rəhmanov traktorun altında qalaraq ölüb.

Faktla bağlı Qubaqlı rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti