...

Binəqədidə 25 evin su sayğacını oğurlayan şəxs saxlanılıb (FOTO/VİDEO)

Hadisə Materials 22 Mart 2022 10:15 (UTC +04:00)
Binəqədidə 25 evin su sayğacını oğurlayan şəxs saxlanılıb (FOTO/VİDEO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Binəqədi qəsəbəsində 25 evin su sayğacını oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində həmin cinayətləri törətməkdə şübhəli bilinən Ağsu rayon sakini Qorxmaz Kərimov tutularaq istintaqa təqdim edilib.

O, Binəqədi qəsəbəsində müxtəlif vaxtlarda 25 evin su sayğacını oğurladığını və əlvan metal qəbulu məntəqələrindən birinə satdığını bildirib. Oğurlanan su sayğaclarından bir qismi aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinə göndərilib araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti