...

Azərbaycanda zəlzələ olub

Hadisə Materials 15 Aprel 2022 17:40 (UTC +04:00)

Bakı. Trend:

Yerli vaxtla saat 17:02-də Zaqatala stansiyasından 10 km cənub-şərqdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb.

Bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Qeyd olunub ki, maqnitudası 3,9, dərinliyi isə 23 km olan zəlzələ episentrdə 4, yaxın yaşayış məntəqlərində 3 bala qədər hiss olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti