Mingəçevir. Trend:
Mingəçevir şəhərində bədbəxt hadisə baş verib.
Trend-in yerli bürosu xəbər verir ki, hadisə şəhərin V.Abdullayev küçəsi, ev 6, mənzil 46 ünvanında qeydə alınıb.
Belə ki, Bakıdan nənəsigilə qonaq gələn 9 yaşlı Dəniz Hüseynli binanın 4-cü mərtəbəsinin eyvanından yerə yıxılıb. Hadisə nəticəsində ağır bədən xəsarətləri alan D.Hüseynli Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.