...

Bakıda yanğın zamanı bir nəfər ölüb

Hadisə Materials 5 May 2022 09:54 (UTC +04:00)
Bakıda yanğın zamanı bir nəfər ölüb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhərinin Səbail rayonunda taxta konstruksiyalardan ibarət ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 38 m² olan mənzilin yanar konstruksiyaları və qonşu mənzillərdə arakəsmə divar ümumilikdə 20 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1969-cu il təvəllüdlü Xalıkova Alla Viktorovnanın yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti