...

Bakıda orta məktəbdə şagirdlər arasında bıçaqlanma olub

Hadisə Materials 19 May 2022 11:06 (UTC +04:00)
Bakıda orta məktəbdə şagirdlər arasında bıçaqlanma olub
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda orta məktəbdə şagirdlər arasında bıçaqlanma olub.

Trend-in məlumatına görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 218 saylı orta məktəbdə baş verib.

Məktəbin 9-cu sinif şagirdi, 2007-ci il təvəllüdlü oğlan şəxsi münaqişə zəminində 8-ci sinif şagirdi, 2008-ci il təvəllüdlü oğlanı bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə müdiri, polis mayoru Elşad Hacıyev Trend-in sorğusuna cavab olaraq bildirib ki, hadisə barədə polisə məlumat daxil olub.

"Müvafiq ekspertizalar təyin olunub. Şəxsi münasibətlər zəminində baş verən hadisədə xəsarət alan şagir xəstəxanaya yerləşdirilib. Fakt üzrə araşdırma aparılır", - E.Hacıyev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti