...

Bakıda dönərxana və sex yandı

Hadisə Materials 25 May 2022 09:38 (UTC +04:00)
Bakıda dönərxana və sex yandı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda obyektdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Nərimanov rayonunda ümumi sahəsi 80 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı birmərtəbəli obyektin (təkər təmiri sexi və dönərxana) yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.

Yaxınlıqdakı digər obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti