...

Həyətindəki istixanada narkotik yetişdirən Masallı sakini saxlanılıb (FOTO)

Hadisə Materials 25 May 2022 13:20
Həyətindəki istixanada narkotik yetişdirən Masallı sakini saxlanılıb (FOTO)

Trend-i buradan izləyin

Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Həyətindəki istixanada narkotik tərkibli bitkilər yetişdirən Masallı sakini saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən rayonun Nəzəroba kənd sakini Elman Zamanov saxlanılıb. Onun yaşadığı evin həyətindəki istixanada əkərək kultivasiya yolu ilə yetişdirdiyi ümumi çəkisi 13 kiloqrama yaxın olan 60 ədəd narkotik xassəli çətənə bitkiləri aşkar edilərək götürülüb.

Masallı RPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Niyazi Quliyev saxlanılıb. Onun üzərindən və yaşadığı evdən hazır bükümlərdə qablaşdırılmış heroin və metamfetamin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır

Məqalədə:
Xəbər lenti

Xəbər lenti