...

Kütləvi kiber cinayətlər törətməkdə şübhəli bilinən şəxs saxlanılıb (FOTO/VİDEO)

Hadisə Materials 17 İyun 2022 20:53 (UTC +04:00)
Kütləvi kiber cinayətlər törətməkdə şübhəli bilinən şəxs saxlanılıb (FOTO/VİDEO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Sosial şəbəkə seqmentlərində “yüksək faizli qazanc”, “kreditə pul verilir” adı altında kütləvi kiber cinayət əməllərini törətməkdə şübhəli bilinən şəxs müəyyən olunaraq saxlanılıb.

Trend xəbər verir ki, DİN-nin Kiber Talamalara Qarşı Əks Tədbirlər qurumu əməkdaşlarının paytaxtda keçirdiyi əməliyyat-axtarış, əməliyyat-texniki tədbirləri ilə 2004-cü il təvəllüdlü Rüfət Babayev ifşa olunaraq istintaqa təqdim olunub.

R.Babayevin əməlləridən 100-dən artıq vətəndaşın zərər çəkdiyi məlum olub. Ödənişlər onlayn formada, bank köçürmə yolu ilə təşkil olunub.

Bu şəxsin əməlindən zərərçəkən vətəndaşlardan DİN-nin 102 Zəng Mərkəzinə və ya Bakı şəhər Baş Polis İdarəsinə məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti